İngiltərənin “Çelsi” klubu yeni baş məşqçi axtarışını davam etdirir.
Sportnet.az-ın məlumatına görə, London təmsilçisi yaxın günlərdə Xabi Alonso ilə bağlı yekun qərarını verəcək.
Bu barədə insayder Fabritso Romano məlumat yayıb.
Tərəflər arasında birbaşa görüş baş tutub və hazırda danışıqlar davam edir.
Yeni baş məşqçi ilə bağlı qərar İngiltərə Kubokunun finalından sonra veriləcək.
"Zadəganlar"ın bu yay keçiriləcək Dünya Çempionatından əvvəl yeni çalışdırıcı ilə müqavilə imzalayacağı da vurğulanıb.
Qeyd edək ki, "Çelsi"nin Andoni İraola, Marko Silva və Oliver Qlasnerlə də təmas qurduğu bildirilib.













































































