İngiltərə Kubokunun 2025/2026 mövsümünün final qarşılaşması keçirilib.
Sportnet.az-ın məlumatına görə, Londonun “Uembli” stadionunda baş tutan həlledici oyunda “Çelsi” və “Mançester Siti” komandaları üz-üzə gəlib.
Gərgin və maraqlı keçən final matçında “şəhərlilər” minimal hesabla qələbə qazanıblar – 1:0.
Görüşün taleyini 72-ci dəqiqədə vurulan qol həll edib. “Mançester Siti”nin hücumçusu Antuan Semenyo komandasına qələbə və kuboku qazandıran yeganə qola imza atıb.
Finala gedən yolda “Çelsi” yarımfinalda “Lids Yunayted” üzərində 1:0 hesablı qələbə qazanmış, “Mançester Siti” isə “Sauthempton”u 2:1 hesabı ilə məğlub edərək həlledici mərhələyə yüksəlmişdi.
Bu nəticə ilə “Mançester Siti” İngiltərə Kubokunu 8-ci dəfə öz muzeyinə aparıb. Qeyd edək ki, sonuncu dəfə bu turnirin qalibi “Kristal Pelas” olmuşdu. London təmsilçisi ötən mövsüm finalda məhz “Mançester Siti”ni 1:0 hesabı ilə məğlub etmişdi.
Bununla da “Mançester Siti” baş məşqçi Xosep Qvardiolanın rəhbərliyi altında İngiltərə Kubokunda üçüncü dəfə qalib olub. İspaniyalı mütəxəssis klubla ümumilikdə 10 il ərzində 20-ci titulunu qazanıb.















































































