UEFA qadın futbolçuları duş otağında gizli çəkən məşqçini ömürlük futboldan uzaqlaşdırıb.
Sportnet.az xəbər verir ki, söhbət Çexiyanın "Slovatsko" klubunun qadın komandasının sabiq baş məşqçisi Petr Vlaxovskidən gedir.
Məlumata görə, UEFA çexiyalı mütəxəssisə ömürlük diskvalifikasiya tətbiq edib. Qurum həmçinin FIFA-ya müraciət edərək, eyni sanksiyanın qlobal səviyyədə də tətbiq olunmasını və məşqçinin lisenziyasının ləğvini istəyib.
İddialara əsasən, 2026-cı ilin aprelində Vlaxovskının komanda oyunçularını gizli şəkildə lentə aldığı üzə çıxıb. Bildirilir ki, o, bel çantasına yerləşdirilmiş kiçik kamera vasitəsilə futbolçuları duş qəbul edərkən və paltardəyişmə otağında soyunub-geyinərkən çəkib.
Hadisənin məşqlərdən və oyunlardan əvvəl, həmçinin sonra baş verdiyi qeyd olunub.








































































