Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçı keçirilib.
Sportnet.az xəbər verir ki, Sumqayıt şəhərindəki "SOCAR Polymer Arena"da təşkil olunmuş görüşdə "Qəbələ" və "Mingəçevir" komandaları üz-üzə gəlib.
FIFA referisi Tural Qurbanov idarə etdiyi oyun "qırmızı-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 2:0.
Hesabı 36-cı dəqiqədə "Mingəçevir"in futbolçusu Əkbər Eyubov açıb. O, topu öz komandasının qapsına vurub. İlk yarının uzatma dəqiqələrində isə Seydina Keyta penaltini dəqiq yerinə yetirib.
Beləliklə, "Qəbələ" inamlı qələbə sayəsində Premyer Liqada yerini qoruyub. "Mingəçevir" isə I Liqada qalıb.
Qeyd edək ki, 2025/2026 mövsümündə "Qəbələ" Premyer Liqada 11-ci, "Mingəçevir" I Liqada 2-ci yeri tutub.
28 may (cümə axşamı)
18:30. “Qəbələ” – “Mingəçevir” - 2:0
Qollar: Əkbər Eyubov, 36 (öz qapısına); Seydina Keyta, 45+1 (pen.)
Sarı vərəqələr: İbrahim Sanqare, 75 (qeyri-idman hərəkəti); İsmael Akinade, 89 (qeyri-idman hərəkəti) - Elmin Bayramov, 45+1 (qeyri-idman hərəkəti); Nicat Məmmədov, 48 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Ramiz Məmmədov, 45+1 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 5 dəq.
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İnqilab Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“SOCAR Polymer Arena”, 1200 tamaşaçı
“Qəbələ”: 1. Səlahət Ağayev 28. Murad Musayev (k) (74. Süleyman Damadayev, 90+1) 13. Nicat Əliyev 10. Şahin Şahniyarov (24. İsmael Akinade, 83) 27. Eşqin Əhmədov 33. Seydina Keyta 50. Adriel Ba Loua (12. İbrahim Sanqare, 73) 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo (66. Nuğay Rəşidov, 90+1) 30. Prins Ovusu (22. Fərid İsgəndərov, 83)
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 11. Asif Məmmədov 26. Elnunr Mustafayev 3. Eduardo Kunde 70. Paulo Quimbila
Baş məşqçi: Kaxaber Tsxadadze
“Mingəçevir”: 1. Orxan Sadıqlı 16. Fuad Bayramov (99. Cəlal Cəbrayılov, 85) 22. Elçin Mustafayev (27. Elnur Mirzəyev, 85) 60. Elmin Bayramov (77. Məhəmməd Səfərov, 50) 4. Kənan Quliyev (k) 70. Nicat Məmmədov (20. Bahadur Həziyev, 50) 10. Qabil Əlizadə (8. Abba Usman, 54) 15. Seymur Məmmədov 32. Rəhim Cəfərli 33. Əkbər Eyubov 11. Kennet Kalunqa
Ehtiyat oyunçular: 36. Əmrah Məmmədli 9. Amil Yunanov 19. Nurlan Novruzov 81. Xəyal Muradov 17. Taleh Fərmanov 21. Rimas Kerimi
Baş məşqçi: Ramiz Məmmədov











































































