
Avropa Liqasının I təsnifat mərhələsinin təkrar oyunlarının başlama saatı məlum olub. Sportnet.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan təmsilçiləri - "İnter" və "Qəbələ" 2-ci oyunlarını müvafiq olaraq, doğma meydanda və səfərdə keçirəcəklər.
Moldovanın "Tiraspol" klubunu qəbul edəcək "İnter" meydançaya Bakı vaxtı ilə saat 21:00-da çıxacaq.
Bosniya və Herseqovinanın "Şiroki Briyeq" komandasının qonağı olacaq "Qəbələ"nin oyunu isə Bakı vaxtı ilə saat 23:30 start götürəcək.
21:00. "İnter" (Azərbaycan) - "Tiraspol" (Moldova)
Bakı şəhəri. "Şəfa" stadionu.
23:30. "Şiroki Briyeq" (Bosniya və Herseqovina) - "Qəbələ" (Azərbaycan)
Şiroki Briyeq şəhəri. "Peçara" stadionu.