PFL prezidenti Ramin Musayev Azərbaycan Premyer
Liqasında türkiyəli, Türkiyə Superliqasında isə azərbaycanlı futbolçuların legioner
sayılmamasına dair məsələnin təfəürratlarından danışıb. Sportnet.az-ın məlumatına
görə qurum rəhbəri neçə futbolçunun legioner sayılmayacağına aydınlıq gətirib.
O, gələn həftənin sonunadək məsələnin həllini
tapacağını bildirib. Musayev fikrini belə tamamlayıb: "Söhbət 1 futbolçudan
gedir. Əgər danışıqlarımız müsbət nəticələnsə, Türkiyə Superliqasında 1 azərbaycanlı,
Azərbaycan premyer Liqasında isə 1 türkiyəli futbolçu legioner hesab
olunmayacaq”.
Qeyd edək ki, Türkiyə Superliqasında azərbaycanlı futbolçuların, Azərbaycan Premyer Liqasında isə türkiyəli futbolçuların legioner sayılmamasına dair xəbəri ilk dəfə apasport.az saytı verib.