Futbol üzrə Azərbaycan I Divizionunda IX tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, "Energetik" yenə böyük hesabla uduzub.
Mingəçevir komandası bu dəfə evdə aşağı pillələrdəki "Mil-Muğan"dan 4 top buraxıb. "Şəmkir"in "Neftçala" ilə matçdakı məğlubiyyətindən yararlanan "Qaradağ Lökbatan" MOİK üzərində qələbə sayəsində ikinci pilləyə qalxıb. "Bakılı" evdə "Ağsu"ya, "Zaqatala" isə səfərdə "Şərurspor"a eyni hesabla qalib gəlib.
13 noyabr
"Bakılı” - "Ağsu” - 2:1
Qollar: Ramil Həşimzadə, 1. Ülvi Quliyev, 73 - Əli Bağırov, 90+2 - penalti ilə
"Energetik” - "Mil-Muğan” - 0:4
Qollar: Səccad Kerman, 6; 23; 33. Üzeyir Səfizadə, 52
"Qaradağ Lökbatan” - MOİK - 2:0
Qollar: Elvin İsmayılov, 26. Rüfət Məmmədov, 31
"Şərurspor” – "Zaqatala” - 1:2
Qollar: Samir Abdulov, 57 - Arzuman Nəsibov, 50. Viliams Enmesionye, 83
12 noyabr
"Göyəzən” - "Şahdağ” - 0:2
Qollar: Cəlal Cəlalzadə, 8-öz qapısına. İsrafil Qarayev, 71
"Neftçala” - "Şəmkir” - 1:0
Qollar: Fərid Səmədzadə, 26
11 noyabr
"Bakı" - "Turan Tovuz" - 2:1
Qollar: Umar Akmurzayev, 55. Raul Yaqubzadə, 79 - Vüsal Qarayev, 15