
Azərbaycan milli komandasının baş məşqçisi Berti
Foqts Maltaya yola düşəcək. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən
məlumatına görə, Foqts UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk
oyunu çərçivəsində Maltanın Ta Qali şəhərindəki "Ta Qali Milli Stadionu”nda
keçiriləcək "Valletta" - "Qarabağ" qarşılaşmasını
izləyəcək.
Qeyd edək ki, matç iyulun 15-də Bakı vaxtı ilə saat 21:30 da başlayacaq.