
Futbol üzrə Azərbaycan I divizionunun XIII turunun oyun cədvəlində dəyişiklik edilib. Sportnet.az-ın məlumatına görə, "Bakılı” klubu ev oyunlarını keçirdiyi stadionun dekabrın 15-dən etibarən təmir olunacağını əsas gətirərək, XIII turun "Bakı” ilə matçının vaxtının dəyişdirilməsini xahiş edib.
"Bakı” klubunun da razılıq məktubunu alan PFL "Bakılı” – "Bakı” matçının əvvəlcədən nəzərdə tutulduğu 18 dekabrda deyil, 8 dekabrda oynanılmasına qərar verib.
Qeyd edək ki, "Bakılı" ev oyunlarını "İnter Arena"nın IV meydançasında keçirir.








































































