"Qarabağ”ın futbolçusu Riçard Almeyda "Xəzər Lənkəran"ı 3:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XX tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Qarşılaşma haqda nə deyə bilərsiniz?
- Bilidik ki, çətin oyun olacaq. Bununla belə, "Xəzər Lənkəran”a qarşı yaxşı çıxış etdik. Komanda yoldaşlarım ilk hissədə səbrsiz idilər. Rəqib də boş zonaları yaxşı bağlayırdı. Fasilədən sonra topu daha çox özümüzdə saxladıq, ötürmələrin sayı da artdı. Nəticə baxımından əsas 3 xalı qazanmaq idi.
- Qeyd etdiniz ki, oyunun çətin keçəcəyini bilirdiniz. Amma "Xəzər Lənkəran” hazırda heç də yaxşı günlərini yaşamır...
- Əslində, bütün oyunlar çətindir. AZAL-la oyunda da qol imkanlarımız oldu. Rəqibin ciddi müqaviməti ilə üzləşdik. Yekunda isə uduzduq. Həm də bütün komandalar "Qarabağ”a qarşı sıx oynayır.
- Növbəti turda "Kəpəz”lə qarşılaşacaqsınız. Həmin oyundan nə gözləyirsiniz?
- "Kəpəz”ə qarşı səfərdə oynamaq çətindir. Amma artıq qələbə qazanmışıq və bu səbəbdən, oyuna sakit hazırlaşacağıq. Səfər matçının çətin keçəcəyini bilirik. Yaxşı nəticə qazanmağa çalışacağıq.
- Birinci hissədəki top itkiləri nədən irəli gəlirdi: Antalya hazırlığından sonra komandada yorğunluq var, yoxsa bu, ötən turdakı məğlubiyyətin təsiri idi?
- Birinci hissədə 1-2 qol epizodu yaratdığımız fikri ilə razı deyiləm.
- Formanızın üzərində Premyer Liqanın sponsoru olan "Topaz” yazısının üstü bağlı idi...
- Mənə bu köynəyi klubdan veriblər. İşim də onu geyməkdir.