"Xəzər Lənkəran” klubu iyunun 23-dən Sloveniyada yeni mövsümə hazırlığın ikinci mərhələsinə başlayıb. Sportnet.az-ın məlumatına görə, iki həftəlik Ərzurum toplanışından sonra ara vermədən adıçəkilən ölkəyə yola düşən cənublular dünən ilk məşqinə çıxıb.
Əsasən toplu çalışmalardan ibarət olan məşq saat yarım davam edib və futbolçular taktiki çalışmaları yerinə yetiriblər. Hazırda heyətdə yalnız Uğur Pamuk zədədən əziyyət çəkir və yarımmüdafiəçi qaçışla kifayətlənir. Bu gün daha iki məşqə çıxacaq "Xəzər Lənkəran” tərtib olunmuş plan üzrə hazırlığını davam etdirəcək.