Moldovanın "Tiraspol" komandası "İnter"lə Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşü öncəsi "Şəfa" stadionunda məşqə çıxıb. Sportnet.az-ın məlumatına görə, məşqin yalnız ilk 15 dəqiqəsi jurnalistlər üçün açıq olub.
Məşqçi izləyən media mənsubları bu müddətdən sonra stadiondan çölə çıxarılıblar. Beləliklə, baş məşqçi Vlad Qoyandan oyun öncəsi açıqlama almaq istəyi baş tutmayıb.
Qeyd edək ki, iyulun 10-da keçiriləcək "İnter" - "Tiraspol" matçı saat 21:00-da başlanacaq. Bir həftə öncə Moldovada baş tutmuş qarşılaşmadan Azərbaycan təmsilçisi qalib ayrılıb - 3:2.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |