Futbol üzrə Azərbaycan I Divizionunda XIV turun bugünkü oyunlara olan bütün təyinatları açıqlanıb. Sportnet.az-ın məlumatına görə, Premyer Liqanın son iki turunda hakimlik edən İnqilab Məmmədov bu dəfə "Şahdağ" - "Qaradağ Lökbatan" matçında fit çalacaq.
Məmmədov Premyer Liqanın XX turunda "Qarabağ" - "Xəzər Lənkəran", ardınca "Zirə" - "Rəvan" matçını idarə edib.
18 fevral (cümə axşamı)
14:00. "Mil-Muğan" – "Şərurspor"
Hakimlər: Elgün Hüseynov, Habil Əliyev, Aleksandr Musatkin, Anar Fərəcov
Hakim-inspektor: Rufulla Kərimov
İmişli. Heydər Əliyev adına İmişli şəhər stadionu
14:00. "Şahdağ" – "Qaradağ Lökbatan"
Hakimlər: İnqilab Məmmədov, Knyaz Əmiraslanov, Akif Əmirəli, Ramiz Məhərrəmov
Hakim-inspektor: Səfər Haşımov
Şövkət Orduxanov adına Qusar şəhər stadionu
14:00. "Göyəzən" – "Turan Tovuz"
Hakimlər: Rəşad Əhmədov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev
Hakim-inspektor: Arif Ağayev
Qazax şəhər stadionu
14:00. "Energetik" – "Bakılı"
Hakimlər: Feyzulla Feyzullayev, Ruslan Babayev, Zöhrab Abbasov, Kərim Kərimov
Hakim-inspektor: Samir Kərəmov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu
Qeyd: Turun bütün görüşləri saat 14:00-da başlanacaq.