1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Zaur Svanadze: "Bəzi oyunçular göylərdə uçurdu"
"Yaxşı oynamadıq. Bu oyunda məğlub olmağımız hardasa yaxşı oldu". Sportnet.az-ın məlumatına görə, bunu "İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Kubokunda "Rəvan"a səfərdə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun ilk 1/4 final matçından sonra deyib.
Gürcüstanlı mütəxəssis məğlubiyyətin komandasına dərs olduğunu bildirib: "Bu məğlubiyyət bizi göydən yerə endirdi. Bəzi oyunçular "Qarabağ"la oyundan sonra göylərdə uçurdu. Məğlubiyyət komandamız dərs oldu. Ola bilər ki, qoldan sonra komandada arxayınlıq yarandı. Son oyundan sonra bir az yorğunluq vardı. Çalışacağıq ki, cavab oyununda vəziyyəti düzəldək".
Svanadze qapıçı Kamran Ağayevin çıxışını da dəyərləndirib: "Bizdə heç kimə əsas heyətdə oynamaq zəmanəti verilmir. İkinci qolda demək olar ki, Kamranlıq bir şey yox idi. Ümumilikdə qollara təkrar baxmaq lazımdır. Ruslan Əmircanovunn oynamamağı limitlə bağlıdır. Fuad Bayramov zədələndiyi üçün Abbas Hüseynovu oyuna salmışdıq".