1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Turan Tovuz"un imicini qaldırmaq lazımdır"
Əsgər Abdullayev Azərbaycan I divizionunda çıxış edən "Turan Tovuz" klubuna baş məşqçi təyin olunub. Bu barədə Sportnet.az-a 56 yaşlı mütəxəssisin özü məlumat verib.
O, bildirib ki, yeni komandasının XVIII turda "Neftçala" ilə səfər görüşünü tribunadan izləyəcək. Ə.Abdullayev bu görüşdən sonra Tovuza yollanaraq rəsmi müqavilə imzalayacağını və komandaya rəhbərlik edəcəyini deyib. Artıq Aqil Nəbiyevi özünə köməkçi götürdüyünü deyən Ə.Abdullayev digər məşqçiləri də tovuzlu veteran futbolçular arasından seçəcəyini açıqlayıb.
Yeni baş məşqçi "Turan Tovuz"un əvvəlki imicinin özünə qaytarılmasının vacibliyini vurğulayıb: "Hazırda "Turan Tovuz" 10-cu pillədədir. Bu komandanı daha yüksək pillələrə qaldırmaq lazımdır. İndi futbolçu seçimi etmək mümkün deyil. Futbolda həmişə nəticə önəmlidir. Bu baxımdan, komandanın daha yüksək yerlərə layiq olduğunu düşünürəm".
Qeyd edək ki, Əsgər Abdullayev əvvəllər "Şəfa", "Bakı", AZAL, "Neftçi" və "Araz Naxçıvan" klublarında, Azərbaycanın U-21 və əsas millisində çalışıb.