
"Qəbələ”nin futbolçusu Rəşad Sadiqovun Sportnet.az-a müsahibəsi
- "Qarabağ”la ev oyununda qələbə qazanmaq vacib olsa da, buna nail ola bilmədiniz...
- Meydana qələbə üçün çıxmışdıq. Çox ağır oyun oldu. "Qarabağ” yaxşı komplektləşmiş komandadır. Qələbə qazanmalı idik, ancaq alınmadı. "Qarabağ” qalib gəldi, təbrik edirəm.
- Bu təbrik həm dən çempionluq üçün yönələ bilər?
- Mənə elə gəlir ki, "Qarabağ” çempion olacaq. Çünki xal fərqi böyükdür, rəqiblərdən xeyli aralanıb. Həm də "Qarabağ” oyununa görə çempionluğa layiqdir.
- Bəs "Qəbələ”?
- Düzdür, pis oynamadıq. Ancaq "Qarabağ” bizdən yaxşı oynadı və qələbə qazandı.
- Komandanız bu mövsüm nəyə layiqdir?
- Çalışacağıq ki, həm mükafatçı yerlərdən birini tutaq, həm də kuboku qazanaq. Çempionatda əlimizi üzməyəcəyik, sonadək oynayacağıq. Düzdür, çempionluq bizim üçün çox uzaq görsənir. Çünki "Qarabağ”la xal fərqimiz həddən artıq böyükdür.
- Baş məşqçiniz oyundan sonra sizə nə dedi?
- Heç nə deməyib. O, ümumiyyətlə, oyundan sonra heç nə demir.
- Ardıcıl məğlubiyyətlər komandaya psixoloji təsir göstərirmi?
- Heç nə olmayacaq. Çünki bundan qabaq da 2-3 oyun uduzmuşduq. Bundan sonra ardıcıl 4-5 matçda qalib gəldik. Bu, futboldur, qələbə olmayanda olmur. Bizdə belə bir tendensiya var ki, 2 oyun məğlub olan kimi camaatda belə fikir yaranır. "Ay komandada psixoloji durumdə problem var". Hamı başlayır deyinməyə. Ancaq 5-6 oyunda qalib gələndə heç kəs demir ki, komandada irəliləyiş var.
- Belə deyək də, "Qəbələ” qeyri-sabit oynayır. Bunu nə ilə əlaqələndirirsən?
- Səbəbini bilmirəm.