PSJ-nin braziliyalı futbolçusu Tyaqo Silva "Milan”da oynadığı dövrlə bağlı maraqlı olayı xatırlayıb. Sportnet.az-ın məlumatına görə, təcrübəli müdafəçi 2011-ci ildə İtaliya klubunda komanda yoldaşları olmuş Zlatan İbrahimoviçlə Cennaro Qattuzo arasındakı zarafatı, birinin digərindən aldığı intiqamı anladıb.
Belə ki, "Milan” İtaliya A seriyasının qalibi olduğu həmin mövsümdə Qattuzonun İbrahimoviçə etdiyi zarafat ona baha başa gəlib: "Qattuzo bir gün məşq boyunca İbrahimoviçlə zarafat etdi. Bütün günü onu əsəbiləşdirəcək şeylər etdi. Zlatan heç səsini çıxartmadı, ancaq qisası acı oldu. Məşqdən sonra paltardəyişmə otağına gedincə Zlatan Cennaronu qucaqlayıb zibil qutusuna atdı. Həmin anı əsl unutmayacağam. Qattuzonun üzünün aldığı hala 1 həftə boyunca güldüm”.