"Azərbaycan yığması ilə matçda çox yaxşı oynadıq. Həmin oyunda yetirmələrim taktiki tapşırıqları mütəmadi reallaşdırırdılar”. Sportnet.az-ın məlumatın agörə, bu fikirləri Polşanın 19 yaşadək qızlardan ibarət yığma komandasının baş məşqçisi Martsin Kasproviç deyib. Onun sözlərinə görə, Avropa çempionatının elit-raund mərhələsində Azərbaycan yığması ilə qolsuz bərabərliyə qaldıqları matçda qələbəyə daha layiq olublar.
Kasproviç yığmamızın heyətində milliləşdirilən ispaniyalı futbolçuları zərərsizləşdirə bildiklərini qeyd edib: "Azərbaycan qızlarının oyunda bəxti gətirdi. İki dəfə topu qapı xəttindən çıxardılar. Bir dəfə isə futbolçumuz Kaşi Miçalskanın zərbəsindən sonra top dirəkdən qayıtdı. Rəqib oyun boyu əks-hücumlarda çox təhülkəli idi. Onlar müdafiə futboluna çox yaxşı təsir bağışlayırdılar. Bizə isə son zərbəni vurmaqda effektivlik çatışmırdı. Bu oyunda nəticədən çox narazıyıq. Çünki 2 xal itirdik. Ancaq bununla belə, komandamın işə münasibətindən çox razıyam. Qızlar bütün güclərini meydanda qoydular”.