1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Şahin Diniyev mənə dəstək verir, yol göstərir"
"Şahin Diniyev meydana hazırlıqlı futbolçunu buraxır. Yəqin ki, əvvəllər tam hazır olmadığım üçün kənarda qalmışam. Mənə bəslənən ümidləri doğrultmağa, məşqçinin hər dediyi göstərişə əməl etməyə çalışıram". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Kəpəz"in futbolçusu Orxan Əliyev klubun rəsmi saytına açıqlamasında deyib. Qış transfer dövründə komandaya cəlb olunan gənc yarımmüdafiəçi ilk vaxtlar vəzedici heyətdə oynamalı olurdu. Artıq yeni klubuna uyğunlaşma prosesini başa vuran Əliyev əsas komandada yer alıb və son üç turda start heyətində meydana çıxı. yer verib. Futbolçu hər matçda baş məşqçi Şahin Diniyevin etimadları doğrultmağa çalışdığını deyib: "Şahin müəllim mənə dəstək verir, yol göstərir. Oyundan-oyuna daha yaxşı oynamağımı istəyir. Belə davam etsəm, düşünürəm ki, mənim üçün yaxşı olacaq”.
Orta sahədə çıxış edən futbolçu yarımmüdafiənin hər iki cinahında oynamağı bacarır. Məşqçilər isə ona daha çox sağ cinahda şans verirlər: "Futbola yeni başlayanda sağ və sol cinahlarda mübarizə aparırdım. Sonradan mərkəzə çəkdilər, hücumda oynadım. Mənim üçün harada oynamağımın fərqi yoxdur. Hər iki mövqe rahat olmaqla oynadığım futbola uyğundur”.
Əliyev komandasının çempionatın növbəti turunda aprelin 16-da "İnter” ilə Gəncədə keçirəcəyi oyun haqda da danışıb: "Əhval-ruhiyyəmiz yaxşıdır, məşqlərə və qarşıdakı oyuna ciddi yanaşırıq. Fikrimiz qələbə qazanmaqdır. Çünki evdə bizi başqa nəticə qane etmir”.