1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"AZAL 20-25 qat artıq büdcə ilə bu qədər xal toplamayıb"
"Çətin oyun oldu. "Sumqayıt" yeganə komandadır ki, itiriləsi heç nəyi yoxdur. Ona görə, onlar üçün oynamaq çox rahatdır. Belə vəziyyətdə bizim oynamağımız çox çətin idi". Bunu Sportnet.az-a açıqlamasında AZAL-ın vitse prezidenti Fikrət Hüseynov deyib.
Şüvəlanda rəqibi üzərində minimal hesablı qələbə qazanan komandanın vitse-prezidenti 3 xalın əsas olduğunu söyləyib: "Deyə bilərəm ki, klubun büdcəsi 20-25 dəfə artıq olan zamanda biz indiki xalı toplaya bilmirdik. Artıq çempionatın bitməsinə 6 tur qalıb və komanda 42 xal toplayıb. Bu da böyük nəticədir. Hər kəsi alqışlayır, təşəkkür edirəm".
F.Hüseynov "Sumqayıt"ın futbolçusu Vaqif Cavadovun əmisioğlu olduğu deyilən azarkeşlə futbolçu Qvanzav Maqomedov arasında baş vermiş mübahisədən də söz açıb: "Düzü, həmin şəxsin kim olduğunu bilmədim. Sakitləşdirmək üçün tribunalara baxdım, gördüm heç nə yoxdur. Bununla da söhbət bağlandı. Komanda paltardəyişmə otağına gedirdi. Meydanda mübahisələr olur. Bu da normal haldır. Ancaq azarkeş məsələsini araşdıracağıq. Hər həftə klubdaxili yığıncağımız olur. Ümumiyyətlə, futbolçuların bir-birlərini təhqir etməsi düzgün deyil. Cavadov sonradan deyib ki, legionerin yerli futbolçunu söyməsi düzgün deyil. Bizdə legioner də yerli kimidir. Çünki eyni çempionatda oynayırlar. Qvanzav azərbaycanlıdır, pasportu var və o legioner hesab olunmur. Ola bilər ya yerli, ya da legioner futbolçu düzgün ifadə işlətməyib. Mən 10 saniyəlik mübahisə epizodu gördüm. Sonra onları ayırdılar".