1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz" azarkeşi: "İstəyimiz və tələbimiz yeni stadiondur"
"Kəpəz”in gənc azarkeşi Turan Namazov komanda üçün gördüyü işlərlə bağlı müsahibə verib. Sportnet.az həmin müsahibəni təqdim edir...
- "Kəpəz” haqda fikirləriniz necədir?
- Bu komanda yarandığı ilk gündən iddialı, mübariz komanda olub. Hər zaman adından söz etdirməyi bacarıb. "Kəpəz” haqqında danışılası o qədər söz varki, bilmirəm hardan başlayım, harda bitirim.
– Nə vaxtdan "Kəpəz” azarkeşisiniz?
– Düzü, futbola marağım 13 yaşımdan başlayıb. Buna qədər heç bir futbol matçlarına sonuna qədər baxmamışam. Həvəsim olmayıb. Futbola marağım 2008-ci ildə Avropa çempionatı ilə başladı. Həmişə atamla bərabər məcburən oturub oyunları izləyirdim. Atam Türkiyə millisinə azarkeşlik edirdi. Həmin turnirdə Türkiyənin əzmkar qələbələri futboldan anlayışı olmayan birisinə futbolu sevdirdi. Bundan sonra şəhərimizin klubu ilə maraqlanmağa başladım. Həmin il "Kəpəz” fəalliyətini dayandırmışdı. Lakin 2009-cu ildə klub yenidən bərpa olundu. Açılış oyunundan etibarən bütün matçlarda bacardığım qədər iştirak etdim. Açılış oyununa, I Divizionda mübarizə aparmasına baxmayaraq, 10 mindən çox azarkeş gəlmişdi. Həmin oyunda Göyəzənə 7:0 hesabı qalib gəlmişdik.
– Bəs "Kəpəz”dən başqa hansi yerli ve xarici futbol klublarının azarkeşisiniz?
– "Kəpəz” dən başqa heç bir yerli və xarici komandaya azarkeşlik etmirəm. Bu sevgini heç bir başqa klubla bölüşə bilmirəm. Varsa-yoxsa"Kəpəz”dir.
– "Kəpəz” ə dəstək olan bir neçə fan-klub var. Bəs siz hansı fan-klublarla birgə tribunada komandaya dəstək olursunuz?
– Gəncədə hazırda "Kəpəz”ə dəstək olan 3 fan-klub var. Lakin mən bir neçə dəfə tribunada "Xəmsə və "Kapaz Ultras” ilə birgə dəstək olmuşam. Bəzi səbəblərə görə, bu mövsüm sadəcə bir səfər qarşılaşmasında iştirak edə bildim. Qəbələ səfərində məğlub olsaq da, "Xəmsə" və "Kapaz Ultras” ilə birlikdə çiyin-çiyinə əsl dəstək nümayiş elətdirdik. "Kəpəz” də həmin oyunda layiqli mübarizə apardı.
– Bildiyimiz qədərilə siz bir azarkeş kimi "Kəpəz”ə aid "facebook" səhifəsi açmısınız. "Kəpəz”ə rep ve marş da həsr etmisiniz...
– Bəli, facebookda 12000 üzvü olan "Gəncə futbolu” adında səhifəmiz var. Bu səhifəni 2011-ci ildə əmimoğlu Arzuman Namazov ilə birlikdə qurmuşuq. 5 ilə yaxındır ki, səhifə vasitəsilə müəyyən məlumatları azarkeşlərlə bölüşürük. Lakin son zamanlar bu işi özüm təkbaşıma etməyə çalışıram, çünki Arzumanın bəzi məsələlərə görə başı qarışıqdır. Fikrimcə, azarkeşlər də paylaşımlardan razıdırlar. Səhifənin nüfuzu isə gündən-günə artmaqdadır. Rep və marş məsələsinə gəlincə, musiqidən mükəmməl şəkildə anlayışım olmadığı üçün bu işə həvəsi olanlara müraciət etdim. Şahin və Səməd adlı azarkeşlər var ki onların da bir çox repləri olub. Düzdür, hələ həvəskar səviyyədə məşğul olurlar, amma istək olandan sonra yaxşı bir iş olacağına inanırıq. Sözlərini hərə özünün oxuyacağı kimi yazdı və oxudular. Düzü, bu iş üçün 3 dəfə səsyazma studiyasina gedib gəldik. Səbəb isə əvvəlkilərin ürəyimizə yatmaması oldu. İşin içində "Kəpəz” olanda hər kəs əlindən gələn köməkliyi etməyə çalışıb. Repə klip də olsa, pis olmaz, deyə düşündük və rejissor Zəka Hümbətova müraciət etdik. O da "Kəpəz” azarkeşi olduğu üçün, sağ olsun ki, təmannasız klipi çəkdi. Xırda görünən bu işdə əslində xeyli əziyyət çəkdik. Amma əlbəttə, "Kəpəz” üçün bu qədər əziyyətə dəyər. Marş işinə gəlincə, repdən sonra düşündük ki, komandamızın hələ də rəsmi marşı yoxdur. Biz azarkeşlər olaraq, peşəkar səviyyədə olmasa da, bir marş yazıb oxumağı qərara aldıq, nəqarət hissəsini xor olaraq. Marşın sözlərini repdə oxuyan Səməd Səmədzadə yazdı. Mən də türk bəstəkar Alp Murat Alperin bəstəsini çox bəyənmişdim. Əsl marş ritmli idi. Alp Murat Alperlə sosial şəbəkə vasitəsilə əlaqə saxladım, bu iş üçün və razılığını aldım. Məmnuniyyətlə razılıq verdi. Hətta marşı öz facebook hesabında da paylaşdı və bəyəndiyini bildirdi. Marş üçün də maddi cəhətdən bizlərə "Xəmsə" fan-klubu dəstək oldu. Onlara öz minnətdarlığımızı bildiririk.
– Bundan sonra da marş və ya musiqi bəstələmək fikriniz var?
– Əlbəttə. Indi tam başqa marş yaratmaq istəyirik. Sözləri və bəstəni özüm hazırlamışam. Lakin bu marşa orjinal bir fon musiqisi yazılması üçün bir qədər maliyyə lazımdır. Onu da həll etdikdən sonra çox əla bir iş olacağına inanıram. Marşda başdan-ayağa xor ifa oxunmasını nəzərdə tutmuşam. Bu işlərin klubla heç bir əlaqəsi yoxdur. Azarkeş olaraq ürəyimizdən gəldiyi üçün bunu sevə-sevə edirik.
– Siz daha nə görmək istərdiz: Bir azarkeş kimi hansı xəyallarınız var?
– Görmək istədiklərim çoxdur. Ən əsası, şəhərimizdə daha yaxşı və dünya standartlarına cavab verən stadion görmək istəyirik. ”Kəpəz” azarkeşi olaraq, ən böyük istəklərimin başında yeni, müasir stadion gəlir. Mənim kimi bir neçə azarkeşin də istəyi və tələbi budur. İkinci böyük şəhərin stadionu bərbad haldadır. Standartlara cavab verən stadionumuz olsa, inanın ki, tribunalara daha çox azarkeş toplaşar, oyunlar digər oyunlar kimi axşam vaxtına salınar. Nəticədə işi axşam saatlarında bitən insanlar oyunları izləməyə gələ bilər. Digər arzum isə bu stadionda hər mövsüm Avropa klublarını qarşılamaqdır. Bunu nəinki mən, nəinki "Kəpəz” azarkeşləri, bütün gəncəlilər görmək istəyir. Ümid edirəm ki, şəhər və ölkə rəhbərliyi bunu nəzərə alacaq və şəhərimizdə böyük bir stadionun tikintisinə tezliklə nail olunacaq. Komandamızdan isə ancaq qələbələr, yenə də qələbələr gözləyirik. Biz azarkeşlər həmişə "Kəpəz”ləyik: məğlub da olsa, qalib də gəlsə. Komandamıza yeni yeni uğurlar, qələbə sevinci arzulayıram. Eyni zamanda ölkə futboluna arzu edirəm ki, bütün oyunlardan həmişə qalib olaraq dönsünlər, dünya arenalarından daim qələbə sədaları gəlsin və üçrəngli bayrağımızı yüksək tribunalarda qaldırsınlar (Riatv.press).