1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Tülkü" sevinci və xorvat baş məşqçinin göz yaşları
İngiltərə çempionatının son turunda çempionluğa oynayan "Lester” "Vest Hem”lə heç-heçə etdi. "Tülkülər" uzatma dəqiqələrində vurduqları qolla məğlubiyyətdən qurtuldu. Elə mən də bu oyunun sonunda vurulan qoldan danışacağam.
2000-ci illərin əvvəlləri idi. Fabio Kapellonun rəhbərlik etdiyi komandalardan biri (səhv etmirəmsə "Roma”) çempionluq uğrunda mübarizəsini sürdürürdü. Sona bir neçə tur qalmış onun komandası qollu heç-heçə etdi. Həm də məğlubiyyətdən oyunun sonunda qurtuldu. Təbii ki, çempionluq uğrunda yarışan komandanın xal itirməsi əslində çox təhlükəlidi. Oyunçularda psixoloji rahatsızlıq, motivatsiyanın itməsi təhlükəsi yarana bilər. Amma Kapello həmin oyundan sonra artıq çempion olacaqlarına əmin olduğunu dedi. O bunu son dəqiqələrdə vurduğu qolla əlaqələndirdi. Oyunun sonlarında vurduqları qolun çempion olacaqlarını təsdiq edən mistik bir əlamət olması ilə izah etdi. Və doğrudan da həmin mövsümün sonunda Kapellonun komandası çempion oldu.
İndi biz "Lester”in çempionluq məsələsinə bu məntiqlə yanaşsaq onda "tülkülər"in son dəqiqələrdə vurduqları qol onların Premyer Liqanı qazanacaqlarının təsdiqidi. Nə demək olar? Yaşayarıq, görərik.
Son dəqiqələrdə qol buraxmaq "Vest Hem”in baş məşqçisi Slaven Biliçin üzləşdiyi ilk hal deyil. Xorvatiya yığması Türkiyə ilə Avropa çempionatının oyununda son dəqiqələrdə önə keçsə də, dərhal Türkiyə hesabı bərabərləşdirdi və oyunsonrası penaltilərdə qalib gəldi. Heç şübhəsiz bu zərbə Biliç üçün sarsıdıcı oldu və deyəsən xroniki hal alıb. "Beşiktaş”da işləyərkən, Türkiyə çempionatında, "Konyaspor”la oyunun son dəqiqələrində buraxdığı qol Biliçi ağlatmışdı. Çoxu o zaman Biliçin göz yaşlarının səbəbini müxtəlif cür yozmuşdu. Yəqin ki, əsas səbəb son dəqiqələrdə qol buraxmaq sindromundan qurtula bilməməsi idi.
Və budur. Yenə son dəqiqə. Yenə qol. Amma xorvat bu dəfə ağlamadı. Deyəsən vərdiş alıb.
RAQİB