1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vəli Qasımov "Bakcell Arena"da çempionat qələbəsi görmədi
"Neftçi" son illər ev oyunlarını keçirdiyi "Bakcell Arena"nı qələbəsiz tərk edib. Sportnet.az-ın məlumatına görə, "ağ-qaralar" cari mövsümdə həmin arenada qalib gələ bilməyəcək.
Çünki Vəli Qasımovun komandası bir daha 8-ci km qəsəbəsində meydana çıxa bilməyəcək. Məəslə ondadır ki, "Neftçi" qalan 2 ev oyununu - AZAL və "İnter"la matçları Mazasırda, "Əlincə"nin stadionunda keçirməli olacaq. Bu da mayda Bakıda 17 yaşadək futboçulardan ibarət yığma komandalar arasında keçiriləcək Avropa çempionatının final mərhələsi oyunlarının stadionları arasında "Bakcell Arena"nın da olması ilə əlaqədardır. Komandanın qələbə üçün son şansı "Zirə" ilə dünənki oyunda (0:0) olsa da, bundan istifadə edə bilməyib.
Bununla da Vəli Qasımov cari çempionatda "Bakcell Arena"da qələbə görə bilməyib. Onun bu stadionda qalibiyyəti yalnız debüt matçında - "Xəzər Lənkəran"la Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə əldə olunub - 2:0. "Neftçi" isə Premyer Liqada sonuncu "Bakcell Arena"da qələbəsini hələ sabiq baş məşqçisi Əsgər Abdullayevin vaxtında - XXI turda, fevralın 13-də qazanıb. Maraqlıdır ki, 1:0 hesabı ilə qalib gəldikləri həmin matçda da rəqib "Xəzər lənkəran" olub.
Deməli, Vəli Qasımov "Bakcell Arena"da qələbə qazanmaq üçün növbəti çempioantda gözləməlidir. Onun həmin vaxtadək postunda qalacağı isə bəlli deyil.