1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qayın irəliləyişi və ya Lənkəranda yalnız Alekseylər fərqləndi
"Qəbələ"nin ukraynalı futbolçusu Aleksey Qay Azərbaycan Premyer Liqasında bombardirlər siyahısında mövqeyini yaxşılaşdırıb. Sportnet.az-ın məlumatına görə, artıq hesabında 8 qol olan 34 yaşlı yarımmüdafiəçi sıralamada 4-cü pillədə olan braziliyalı həmkarı Riçard Almeydadan ("Qarabağ") cəmi 1 qol geri qalır.
Komandasının ən sərrast oyunçusu son olaraq "Xəzər Lənkəran"la dünənki səfər matçında fərqlənərək, vurduğu yeganə qolla qələbə qazandırıb. Maraqlıdır ki, "Qəbələ" bu çempionatda Lənkəranda hər 2 oyunda 1:0 hesabı ilə qalib gəlib və hər ikisində onda 3 xalı Aleksey adlı ukraynalı futbolçuları vurduqları qollarla qazandırıb. Fərq ondadır ki, ikinci dövrədəki matçda fərqlənən hücumçu Aleksey Antonov olub. Qay qış fasiləsindən sonra adaşını vurduğu qolların sayına görə keçib.
Bu, Qayın "Xəzər Lənkəran"a vurduğu ikinci qol olub. O, "Qəbələ"nin bu rəqibə ilk dövrədə evdə 6:0 hesabı ilə qalib gəldiyi matçda da fərqlənmişdi. Antonovun da həmin oyunda qol vurduğunu nəzərə alsaq, Alekseylər cənubluları həm Qəbələdə. həm də Lənkəranda məyus etdilər.