"İnter"in sabiq baş məşqçisi Kaxaber Sxadadze Qazaxıstanda ilk böyükhesablı qələbəsini qazanıb. Sportnet.az-ın məlumatına görə, gürcü mütəxəssisin çalışdırdığı "Kayrat" Premyer Liqanın 7-ci turunda "Aktobe"ni 3:0 hesabı ilə məğlub edib. Sxadadzeni sevindirən tanınmış futbolçular Andrey Arşavinlə Anatoli Timoşuk olub. Hər 2 legionerin "Kayrat"da qol hesablarını açması gürcü çalışdırıcının vaxtına təsadüf edib.
Andrey Arşavin: "Sxadadze bizdən xahiş etdi ki..."
Qazax həmkarlarımız Arşavindən ilk qolu ilə bağlı emosiyalarını bölüşməsini istəyiblər: "Yalnız sevinc, vəssalam. Baş məşqçimiz bizdən xahiş etdi ki, ikinci hissədə konsetrasiyalı olaq. Ancaq onda oyunumuz alınmırdı. Yaxşı ki, sonda hər şey bizim üçün uğurla nəticələndi".