1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tərlan Əhmədov: "Məğlubiyyətin əsas səbəbkarı mənəm"
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Premyer Liqada "Rəvan"la oyundan sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın oyunda olan əməkdaşının məlumatına görə, çalışdırıcı jurnalistlərin suallarını cavablandırıb.
- İlk olaraq məğlub olduğunuz matçı dəyərləndirərdiniz...
- Tapacağım bir söz yoxdur. Bu oyunun daha ağır keçəcəyini əvvəldən təxmin etmişdik. Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Məğlubiyyətin əsas səbəbkarı mənəm. Çünki futbolçuları oyuna kökləyə bilməmişdim. Bir də ki hələ səfər sindromunu qıra bilmirik. Qalan 5 turda maksimum xal yığmağa çalışacağıq. Rəqib daha istəkli idi. Qarşıda "Xəzər Lənkəran"la daha ağır oyunumuz var.
- Oyunçulardan çox narazı idiniz. Belə demək olarmı ki, AZAL cari mövsümdə ən zəif oyununu oynadı?
- Heyətdəki itkilərimiz öz sözünü dedi. Komanda potensialından, futbolçular bacardıqlarından aşağı çıxış etdi. Ona görə aqressiv idim. Murad Səttarlı ilə Emin Cəfərquliyevin olmamağı oyunumuza öz mənfi təsirni göstərdi. Ancaq futbol bununla bitmir. Bundan nəticə çıxardıb qarşıdakı oyunlara daha yaxşı hazırlaşmalıyıq.