1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Stanislav Namaşko: "Bərbad oynadıq" - MÜSAHİBƏ
AZAL-ın moldovalı qapıçısı Stanislav Namaşkonun Sportnet.az-a müsahibəsi
- Autsayderə məğlubiyyətiniz gözlənilməz oldu. Bəlkə oyuna konsentrasiya olmamışdınız?
- Ola bilər, bilmirəm. Bilirdik ki, çətin matç olacaq. Oyunu əldən verdik, bərbad oynadıq. Oyuna görə uduzduq. Çox zəif çıxış etməyimizin səbəbini demək çətindir.
- Hər halda, bir səbəb olmalıdır...
- Hamının əvəzinə danışa bilmərəm. Belə baxanda, oyuna normal köklənmişdik. Ancaq kənardan belə hiss olunurdu ki, rəqibi qiymətləndirmədik.
- Belə demək olar ki, meydana tam arxayın çıxmışdınız...
- Bəli, belə təəssürat vardı, çıxıb qalib gələcəyik. Ancaq bir daha təkrar edirəm ki, bərbad oynadıq.
- Buraxdığın qolda daha çox müdafiənin səhvi oldu, yoxsa?
- Fikrimcə, bu, komanda səhvi idi. Siz oyuna necə başladığımızı gördünüz. Özümüz-özümüzə qol vəziyyətləri yaratmağa başladıq. Hesab edirəm ki, buraxdığımız qol oyuna necə başlamağınızın yekunu idi.
- Rəhbərlik paltardəyişmə otağında nə dedi?
- Xüsusi bir şey demədilər. Sadəcə, oyun haqda danışdıq, yekun vurduq. Rəhbərlik bu oyunu unudub növbəti matça hazırlaşmağı tövsiyyə etdi. Bizi qarşıda evdə də çətin oyun - "Xəzər Lənkəran"la matç gözləyir. Söhbət daha çox bununla bağlı idi.
- Deyilənə görə, paltadrəyişmə otağında kapitanınız Rail Məlikovun halı pisləşmişdi...
- Bilmirəm. Sizdən bu haqda öyrənirəm. Açığı, hələ xəbərdar deyiləm.
- Avropa Liqasında vəsiqə verən 6-cı yer uğruda "Neftçi" ilə mübarizə aparırsınız. Elə olur ki, "Neftçi" uduzanda siz də uduzursunuz. Bu, təsadüfdür, yoxsa?
- Razıyam ki, bizim "Neftçi" ilə xal fərqiniz 7-yə yüksəltmək şansımız vardı. Başa düşürdük ki, 6 xallıq oyun idi. Üstəlik, biz elə komanda ilə oynadırdıq k, ondan xal almaq mümkün idi. Ancaq onu da bilirdik ki, rəqib bizə xal verməyəcək. Yəqin ki, dediyiniz təsadüfdür. Bunun xüsusi bir faktor olduğunu düşünümrəm ki, onlar uduzanda biz də uduzuruq. Gördüyünüz kimi, bizə səfərdə xal qazanmaq hələ ki çətindir.