1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Sənə güvəndiyim dağlar və ya haqqı tapdanan "Qəbələ"...
"Neftçi"nin "Bakcell Arena"da cari mövsümdə keçirdiyi son oyun sıradan bir matç olmadı. Gözlənildiyi kimi, maraqlı, gərgin mübarizəyə şahid olduq.
Əsas hadisələr isə ikinci hissədə cərəyan etdi. "Neftçi" fanatları yenicə istefa şüarlarını səsləndirmişdi ki, doğma komandaları bərabərlik qolunu vurdu. Bundan sonra nə baş məşqçi Vəli Qasımov, nə də Müşahidə Şurasını istefaya səsləyən oldu. Ancaq baş hakim Əliyar Ağayev elə idarəçilik etdi ki, istefa söhbəti tam arxa plana keçdi. Bəli, Azərbaycanın son illərdə ən yaxşı hakimi sayılan gənc FİFA referimiz "Neftçi" - "Qəbələ" oyununa "öz damğasını vurdu". Bunu elə etdi ki, son nəticədə qonaqların təmiz qələbəsini əlindən aldı.
Təbii ki, əsas müzakirə mövzusu "Neftçi"nin qapıçısı Aqil Məmmədovun Aleksey Qaya qarşı kobudluq etdiyi epizoddur. Həmin epizodda yüz faizlik 11 metrlik cərimə zərbəsinin olduğunu görmək üçün sadəcə, Qayın çılğın hərəkətinə baxmaq kifayət idi. Futbolçuya qarşı qayda pozuntusu olmayıbsa, o, belə emosional ola bilməz, narazılığını bu dərəcədə qabarıq şəkildə büruzə verməz. Kimsə mənə bunun əksini inandıra bilməz. Alekseyin özündən belə çıxmasını çox yaxşı başa düşmək olar. Ona aşkar yıxırlar, penaltini gözlədiyi halda, nəinki bunu vermirlər, hələ üstəlik, ona simulyasiyaya görə sarı vərəqə göstrərirlər. Guya o, hakimi aldatmağa cəhd edib. İndi gəlib özündən çıxmayasan, nə edəsən?
"Qəbələ"nin digər ukraynalısı, baş məşqçi Roman Qriqorçuku da yaxşı anlayıram. Nəinki mən, bizlər onu mətbuat konfransında belə emosional, hakimliklə bağlı radikal danışan görməmişdik. Roman İosifoviç gözünün önünə mümkün cəzalandırılmasını gətirərək sözünü, ən əsası, haqlı narazılığını deməkdən çəkinmədi. Çünki onun komandasına qarşı sözün əsl mənasında haqsızlıq olmuşdu. "Qəbələ" yenə qalib gələ bilməsə də, bu dəfə günahı Qriqorçukun komandasında görmək düzgün olmazdı. Çünki oyunun ədalətli nəticəsi qonaqların layiq olduqları qələbəsi idi ki, bərbad hakimlik buna imkan vermədi.
Əliyar Ağayev yaxşı mənada dəfələrlə fərqənməyi bacarıb. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın avrokubokların qrup mərhələsində ilk və hələ ki yeganı oyununu məhz Ağayev etməklə adını futbol tariximizə qızıl hərflərlə yazdırıb. Ancaq onun üçün tarixi olan cari mövsümdə belə idarəçilik, belə səhvlər sadəcə, adına yaraşmaz. İndi təsəvvür edin ki, hansısa əcnəbi bu oyuna baxırsa, matçı idarə edənin Azərbaycanın ən güclü FİFA referisi olduğunu bilirsə, onun barəsində, ümumiyyətlə, hakimlik haqda nə düşünəcək? Deməyəcək ki, ən güclünüz belə səhv edirsə, başqasından nə gözləyəsən?
Günahı yalnız Əliyar Ağayevdə də görməklə şi bitmiş saymaq da düzgün olmazdı. Cari mövsümdə "Qəbələ"yə qarşı çox hakim səhvləri olub. Təmiz qoları sayılmayıb, təmiz penaltiləri verilməyib. Qriqorçuku da özündən çıxaran bunların pis həddə çatması idi. Yəni o, mətbuat konfransında təkcə "Neftçi" ilə oyuna yox, bu matçın timsaslında hakim haqsızlığı ilə üzləşdiyi bütün görüşlərə "üsyan etdi". Görün, Roman İosifoviçin səbr kasası necə daşmışdı ki, ürəyində heç nə saxlamaq istəmədi. Bütün bunları isə mətbuat konfransında iştirak edən AFFA nümayəndəsi Şaiq Həmidov izləyirdi. Ancaq hakimlərin işinə qiymət verən o, yox, Xaqani Məmmədovdur. Bəli, "Neftçi" - "Qəbələ" matçının hakim-inspektoru AFFA Hakimlər Komitəsinin sədri idi. Maraqlıdır, görəsən, Xaqani müəllimin Əliyarın idarəçiliyinə obyektiv qiyməti necə olacaq? Hər halda, aşkar səhv varsa, bunu etiraf edərək, müvafiq cəza olmalıdır.
Digər maraqlı məqam odur k, Ağayev cari mövsümdə ikinci dəfədir "Qəbələ"nin futbolçusu Rəşad Sadiqovu meydandan qovur. Görəsən, Əliyar Rəşadda nə görüb ki, ondan ala bilmir? İlk turda "Qarabağ"la matçda Sadiqova birbaşa qırmızı vərəqə vermişdisə, bu dəfə onu ikinci "sarı" ilə meydandan çıxardı. Hər halda, bir hakimin bir futbolçusu mövsümdə iki dəfə qırmızı vərəqə göstərməsi az müşahidə olunur.
Yaxşı deyiblər, sənə güvəndiyim dağlar, sənə də qar yağarmış. Əliyar Ağayevin FİFA referisi adını alan ən gənc hakimimiz olması, qazandığı uğurlar bizdə onun haqda yüksək fikir yaratmışdı. Düşünürdük ki, nəhayət, əsl istədyimiz hakim yetişdi. Ancaq Əliyar nailiyyətlərini, nüfuzunu yavaş-yavaş xərcləyir. Belə gedişlə o, növbəti cəzadan da yaxa qurtara bilməyəcək...