"Qalatasaray"ın baş məşqçisi postuna yeni namizəd müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, "Zenit"i çalışdıran Andre-Villaş Boaşdır.
Belə ki, "Cim Bom" 38 yaşlı portuqaliyalı çalışdırıcını bu yay dəvət etmək variantını nəzərdən keçirir. Villaş-Boaş cari mövsümün sonunda Sankt-Peterburq klubu ilə müqaviləsini uzatmayacağını bəyan edib. İstanbul təmsilçisi üçün alternativ variant da portuqaliyalı mütəxəssisdir. Bu, "Antalyaspor"u çalışdıran Joze Moraişdir.
Xatırladaq ki, "Çelsi"nin baş məşqçisi də olmuş Villaş-Boaşın ən böyük uğuru 2011-ci ildə "Porto" ilə Avropa Liqasını qazanmasıdır.