1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ukraynalı kapitan Azərbaycanın şanslarını dəyərləndirdi
"17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Bakıda keçiriləcək Avropa çempionatında qrupdan çıxmaq üçün çox yaxşı şansları var". Sportnet.az xəbər verir ki, bunu gecə saatlarında Bakıya gələn Ukraynanın U-17 yığmasının kapitanı Valeri Bondar deyib.
O bildirib ki, Azərbaycan çox gözəl və güclü komandadır: "Xüsusən də komandanız evdə, doğma divarlar və azarkeşlər arasında oynayacağını nəzərə almalıyıq".
Futbolçu həmçinin öz komandasının qarşısına qoyulan məqsədlərdən danışıb: "Bizim məqsədimiz qrupdan çıxmaq və gücümüz çatacaq qədər irəliləməkdir. İlk oyun Almaniya ilə olacaq. Bundestim favorit olsa da, biz onlardan çəkinmirik, rəqibə hörmətlə yanaşırıq".
Qeyd edək ki, B qrupunda yer alan Ukrayna millisinin digər rəqibləri Avstriya ilə Bosniya və Herseqovinadır.