İtaliyanın "Milan" klubu 2015-ci maliyyə ilini 89,3 milyon avro zərərlə başa vurub. Sportnet.az-ın məlumatına görə, bu barədə klub rəhbərliyi səhmdarlarla görüşdə bəyan edib.
Bütün xərcləri "Fininvest Holding"in bağlayacağı açıqlanıb.
"Milan" ötən yay transferlərə 80 milyon avro xərcləyib. A Seriyasında sona 3 tur qalmış "rossonyerlər" 53 xalla 6-cı pillədədir.