Türkiyə Super Liqası təmsilçisi “Fənərbağça” yeni mövsüm öncəsi qapıçı transferinə fokuslanıb.
Sportnet.az xəbər verir ki, İstanbul klubu “Aston Villa”nın qapıçısı Emiliano Martinez ilə maraqlanır.
"Sarı-lacivərdlilər” yeni mövsümdə qapını argentinalı qolkiperə tapşırmaq istəyir. Daha əvvəl də ayrılıq iddiaları ilə gündəmə gələn qolkiperin yayda İngiltərə klubundan ayrılacağı bildirilir.
Aziz Yıldırım 2024-cü ildəki prezident seçkiləri öncəsi də futbolçu ilə danışıqlar aparmışdı. Lakin seçkidə məğlub olduğu üçün transfer baş tutmamışdı.
Qeyd edək ki, 33 yaşlı qapıçı cari mövsümdə meydana çıxdığı 42 oyunda 13 dəfə qapısını toxunulmaz saxlayıb, 47 qol buraxıb.


















































































