1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
ŞOK! Ronaldu AVRO-2016-nı buraxa bilər
Portuqaliya milli komandasının kapitanı Kriştianu Ronaldu bu il Fransada keçiriləcək Avropa çempionatının final mərhələsini buraxmaq təhlükəsi ilə üzləşib. Sportnet.az-ın məlumatına görə, bu haqda yığmanın sabiq haəkimi Nunu Kampoş məlumat verib.
Onun sözlərinə görə, Ronaldu Çempionlar Liqasında "Mançester Siti" ilə cavab matçında meydana çıxacağı halda, durumunu pisləşdirəcək: "Kriştianu omba nahiyəsindən zədə alıb. Onun həqiqətən əzələsi dartılıb. Bu halda 18-21 gün istirahət lazımdır. Zədənin bərpası üçün 12-14 gün, qalan müddət isə əzələnin aktivliyinin bərpasına gərəkdir. Ronaldu "Mançester Siti"yə qarşı oynaya bilməz. Əks halda, AVRO-2016-nı buraxma riski ilə üzləşəcək".
Kampoşun fikrincə, Kriştianu zədədən sonra bərpa olunduğunu göstərsə də, əslində bu, belə deyil. "Mançester Siti" ilə səfər matçını zədə üzündən buraxan hücumçu şərəfini qoruduğu "Real Madrid"i bu dəfə meydanda olmaqla finala çıxarmaq istəsə də, bu, ona baha başa gələ bilər.