1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" 4 qat çempion oldu
Azərbaycan Premyer Liqasının qalibi sona 4 tur qalmış müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, Ağdamın "Qarabağ" klubudur.
Baş məşqçi Qurban Qurbanovun komandası XXXII turda səfərdə ən yaxın izləyicisi "Zirə"ni 2:0 hesabı ilə məğlub edərək, xallarını 75-ə yüksəldib. Qolları 28-ci dəqiqədə Dani Kintana, 74-cü dəqiqədə isə Reynaldo vurub. Bu nəticədən sonra 60 xalla 2-ci pillədə qalan "Zirə" üçün qalan 4 turda 15 xallıq fərqi azaltmaq əlçatmaz olub.
Beləliklə, "Qarabağ" ardıcıl 3-cü mövsüm, tarixində isə 4-cü dəfə Azərbaycan çempionu adına layiq görülüb. Ağdam təmsilçisi bu uğuru sayəsində 2016-2017 mövsümündə Azərbaycanı Çempionlar Liqasında təmsil etmək hüququna yiyələnib.