
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları üçün bütün təyinatları açıqlanıb. "Report"un məlumatına görə, "Qarabağ" - "İnter" oyununu Ramil Diniyev idarə edəcək.
Sabiq FİFA referisi Fariz Yusifov isə "Qəbələ" - "Neftçi" oyununun baş hakimi olacaq.
04 may
16:00. "Qəbələ" – "Neftçi"
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu (CBC Sport)
19:00. "Qarabağ" – "İnter"
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Rövşən Rəcəbov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
"Əlincə Arena" (CBC Sport)