
2015-ci ildə UEFA Superkubokunun Gürcüstanın paytaxtı Tiflisdə keçirilməsinin Azərbaycana da faydası dəyəcək. Sportnet.az-ın məlumatına görə, Superkubok iştirakçılarından biri oyunöncəsi Bakıda təlim-məşq toplanışı keçirəcək.
Bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. O, Superkuboku qəbul edəcək ölkənin seçimində AFFA-nın Gürcüstanı dəstəklədiyini bildirib.