
Bakının "Neftçi" klubunun yarımmüdafiəçisi Emin Mehdiyev Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda hansı nəticəni uğurlu hesab edəcəyini bildirib. 22 yaşlı futbolçu Sportnet.az-a ancaq qələbə haqda düşündüklərini bildirib.
Mehdiyev Sloveniyanın "Koper" komandasına qarşı oyuna 2 saata yaxın vaxt qalmış klubdaxili iclasa tələsdiyini söyləsə də, yüklsək əhval-ruhiyyədə olduğunu hiss etdirib: "Stadiona gələn, televiziya qarşısında bizə dəstək olan futbolsevərləri mütləq sevindirməliyik. Səfər oyunu öncəsi uğurlu nəticəyə imza atmalıyıq. Qapımızdan top buraxmamaq şərti ilə Sloveniya klubunu məğlub etməliyik. Hətta 1:0 qalib gəlsək də, bunu müsbət nəticə hesab edəcəyəm. Ancaq "Koper"i böyük fərqlə məğlub etsək, bu, növbəti matç öncəsi bizə daha çox şans verər".
Qeyd edək ki, "Neftçi" - "Koper" görüşü bu gün saat 20:00-da start götürəcək.