AFFA-nın baş katibi Elxan Məmmədov türkiyəli həmkarı Əmrə Alkinlə Super Liqada bir azərbaycanlı futbolçunun legioner hesab edilməməsi ilə bağlı danışıq aparıb. Sportnet.az-ın məlumatına görə, bu barədə Məmmədovun özü açıqlama verib.
O bildirib ki, Alkin məsələni müzakirə edəcəklərini söyləyib. Məmmədov Türkiyənin I liqasında türkdilli ölkələrin futbolçularının legioner hesab edilmədiyini xatırladıb. AFFA-nın baş katibi müzakirə olunan məsələnin yubanmasını bu cür əsaslandırıb: "Gərək həmin güzəşt Super Liqada digər türkdilli ölkələrdən olan futbolçulara da tətbiq olunsun. Bu isə qardaş ölkə klublarının start heyətində türkiyəli futbolçuların daha çox yer almasına problemlər yarada bilər. Eyni problem bizim klublarda da yaşana bilər. Ona görə də biz də bu məsələyə həssas yanaşmalıyıq. Çünki belədə Premyer Liqada da türkdilli ölkələrin bir futbolçusu legioner hesab edilməyəcək. Bu da həm Türkiyədə, həm də Azərbaycanda yerli futbolçuların əsas heyətə düşməsinə problem yarada bilər”.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |