
İngiltərənin "Mançester Yunayted" klubu ilə yollarını ayıran Rio Ferdinand özünə yeni komandada tapıb. Sportnet.az-ın məlumatına görə, KPR ingiltərəli futbolçu ilə 1 illik müqavilə imzayıb.
Klubun rəsmi saytına açıqlama verən 36 yaşlı müdafiəçi bu keçidin maliyyə ilə heç bir əlaqəsi olmadığını bildirib: "Əgər belə olsaydı digər təklifləri qəbul edərdim. Hələ yerimin Premyer Liqa olduğunu düşünürəm. Görəcəyim işlər var və bunun üçün də əlimdən gələni edəcəm".




































































