
Onun sözlərinə görə, Sadıqov belindəki ağrılarla bağlı müalicədən sonra tam sağalıb və oyuna tam hazırdır. Artıq komanda ilə birgə məşqlərə başlayan təcrübəli müdafiəçi cavab görüşündə çıxış edə bilər.
İlk matçı buraxan digər futbolçu Maksim Medvedevin Bakıda meydana çıxması isə həkimlərin rəyindən asılı olacaq: Həkimlər tezliklə bununla bağlı dəqiq qərar verəcəklər. Ümid edirəm ki, Medvedev cavab görüşünə hazır olar".