1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Niyə onlar millimizdə oynamır?
Fərzad Hatəmini Azərbaycanda yaxşı tanıyırlar. 8 il əvvəl "Qəbələ"də çıxış edirdi. 22 oyuna 8 qol vurmuşdu. Məhsuldar çıxışı və Cənubi Azərbaycandan olması səbəbindən milli komandamıza cəlb etmək istəyirdilər. Amma futbolçunun özü valideynlərininn fars hakimiyyətinin qorxusundan buna razı olmadıqlarını bildirmişdi. Az sonra Hatəmi Azərbaycandan ayrılmışdı.
Hazırda isə Cənubi Azərbaycanın "Traktor Sazi" klubunun vuran ayağıdır. Ötən gün Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə Birləşmiş Ərəb Əmirliklərinin "Əl Nəsr" komandasının qapısından 2 top keçirib. Qrup mərhələsində isə 1 dəfə fərqlənib. Hatəmi Cənubi Azərbaycan klubunda çıxış edir, amma deyilənlərə inansaq, Azərbaycan millisində oynamaq istəmir...
Ötən həftəsonu Azərbaycanın taekvondo yığması iranlı baş məşqçisi Reza Mehmandustun rəhbərliyi altında Avropa çempionatında 3 medal qazandı. Medallardan 2-ni iranlı legioner əldə etdi. Milad Beigi Harçeqani qızıl, Payam Qubadi bürünc medala sahib çıxdı.
Yaxud ötən il Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası iranlı baş məşqçi Cəmşid Xeyrabadi və heyətdə 2 iranlı legioner də olmaqla, elə İranda Dünya Kuboku qazandı.
Sual olunur: Fərzad Hatəmi və Cənubi Azərbaycandan olan digər istedadlı futbolçuların Azərbaycan yığmasına gətirilməsinə nə mane olur? Düzdür, Pərdis Fərcad-Azad da əslən İrandandı, amma o, səhv etmirəmsə, Almaniyada böyüyüb və elə oradan da Azərbaycana gətirilib.
Bəzən deyirik ki, Azərbaycanın 9 milyonluq əhalisi arasından oynamağa 11 futbolçu tapılmır. Xeyr, 9 milyon deyil, azərbaycanlıların sayı dünyada 50 milyondur. Onların hər birinin Azərbaycan vətəndaşlığı almağa, Azərbaycanı sevməyə, Azərbaycanı layiqincə təmsil etməyə haqqı çatır. Yetər ki, onlara dəstək verilsin.
Necə olur ki, güləş, taekvondo növlərində İrandan gəlib Azərbaycana Avropa və dünya çempionatlarının medallarını qazandırırlar, ölkəmizi olimpiadada təmsil edirlər, amma təmiz azərbaycanlı soydaşımız tarixi Vətəni adından çıxış edə bilmir?
Reynaldo, Riçard Almeydanı milliləşdirmək istəmədiniz. Dediniz ki, FİFA qaydaları buna icazə vermir. Bəs niyə parçalanmış vətənimizin övladları Azərbaycan millisində oynamasın?