
Avropa Liqasının II təsnifat mərhələsində "İnter"lə İsveçin "Elfsborq" klubu arasında Bakıda keçiriləcək cavab oyunu İdman Azərbaycan telekanalı vasitəsilə canlı yayımlanacaq. Bu barədə Sportnet.az-a klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verib.
Məmmədov biletlərin iyulun 21-i günün ikinci yarısından oyunun keçiriləcəyi "Şəfa" stadionunun kassalarında satılacağını bildirib. Bütün biletlərə 1 manat qiymət qoyulub. Klub rəsmisi satış üçün 3500 biletin hazırlandığını söyləyib.
Qeyd edək ki, "İnter" - "Elfsborq" görüşü iyulun 24-də "Şəfa" stadionunda baş tutacaq. Matç saat 21:00-da başlayacaq.