"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 3-cü dəfə Azərbaycan Kubokunu qazanıb. Sportnet.az-ın məlumatına görə, 44 yaşlı çalışdırıcı hər 3 nailiyyətinə indiki komandasında imza atıb. O, Ağdam klubunda devüt mövsümündə kuboku qazanmışdısa, son 2 mövsümdə "qızıl dubl” müəlliif olub.
Qurbanov Azərbaycan kubokunu ən çox qazanan təcrübəli həmkarı Mehman Allahverdiyevlə titul fərqini minimuma endirib. Belə ki, hazırda Kəpəz”də icarı-direktor olan 56 yaşlı mütəxəssis bu klubla ölkə kubokunu 4 dəfə başı üzərinə qaldırıb. Qurbanov daha təcrübəli həmkarı Ağasəlim Mircavadovla bərabərləşib. 69 yaşlı Mircavadov da Azərbaycan Kubokunun üçqat qalibidir. O, ilk dəfə - 1993-cü ildə elə "Qarabağ”la buna nail olubsa, sonradan ardıcıl 2 mövsüm – 2007 və 2008-ci illərdə "Xəzər Lənkəran”la kubok sahibi olub.
Azərbaycan kubokunu indiyədək Kazbek Tuayev ("Neftçi", 1996 və 2004), Əsgər Abdullayev ("Şəfa", 2001 və "Bakı", 2005) və Böyükağa Hacıyev ("Neftçi", 2013 və 2014) hərəyə 2 dəfə, Məmmədəli Məmmədov ("İnşaatçı "Bakı", 1992), Vaqif Sadıqov ("Neftçi", 1995), Əhməd Ələsgərov ("Neftçi", 1999), Böyükağa Ağayev ("Qarabağ", 2006), türkiyəli Cüneyt Biçər ("Bakı", 2010), rumıniyal Mirça Rednik ("Xəzər Lənkəran", 2011) və Novruz Əizmov ("Bakı", 2012) hərəyə 1 dəfə qazanıb.