1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nazim Süleymanov: "14 nəfərə qarşı oynadıq"
"Oyundan əvvəl də bilirdim ki, meydanda 11 yox, 14 nəfərə qarşı mübarizə aparacağıq. Hətta bunu oyunöncəsi məşq prosesi zamanı futbolçuların diqqətinə çatdırdım. Oyunun gedişatı da bunu sübut etdi. Rəqib hər iki qolu penalti zərbəsindən vurdu". Sportnet.az-ın məlumatına görə, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Nazim Süleymanov Makedoniyanın U-19 komandası ilə yoldaşlıq görüşündən sonra deyib.
Makedoniyada keçirilən təlim-məşq toplanışından danışan N.Süleymanov bildirib ki, bu cür oyunlarda məqsəd futbolçuların təcrübə toplaması və xarakter göstərmələrinə nail olmaqdır: "Düzdür, yoxlama oyunlarında nəticə əsas götürülmür, amma Makedoniya ilə matçda hesabın belə alınmasında hakimlər briqadasının əməyi danılmazdı. Bu haqda çox danışmaq istəmirəm, ancaq qısa vaxt ərzində qapımıza 2 penaltinin təyin edilməsinin üzərindən sakit də keçə bilmirəm.
Ümumi götürdükdə, komandamız pis oynamadı, xarakter göstərdi. Təəssüf ki, çoxsaylı qol epizodlarımızı realizə edə bilmədik. Hər iki hissədə qol vurmaq üçün xeyli imkanımız vardı. Xüsusilə də ardıcıl vurulan penaltilərdən sonra fərqlənmək şanslarımız çox oldu".
51 yaşlı mütəxəssis hazırlıqların davam etdiyini söyləyib: "Bu rəqiblə iyunun 3-də növbəti dəfə qarşılaşacağıq. Birinci oyunda olanlara rəğmən hazırlığımızı davam etdiririk. Yenə deyirəm, əsas istəyimiz heyətə cəlb etdiyimiz gənc futbolçuların təcrübə toplamasına yardımçı olmaqdı. Çünki oktyabrda bizi Avropa çempionatının seçmə mərhələsinin oyunları gözləyir. İkinci oyunda uşaqların daha yaxşı oynayacağına və meydanı bizi sevindirəcək nəticə ilə tərk edəcəyinə ümid edirik".