1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Subotiç hələ də borcunu almayıb
"Qəbələ"nin sabiq futbolçusu Daniel Subotiçə Ukraynada çıxış etdiyi vaxtdan qalan borc məsələsi gündəmə gəlib. Sportnet.az-ın məlumatına görə, İsveçrə vətəndaşı olan 27 yaşlı hücumçunun agenti Kristof Qraf bununla bağlı açıqlama verib.
O, Lutskın "Volın" klubunun Subotiçə qalan borcu ödəmədiyini bildirib: "Subotiçlə 1 həftə əvvəl əlaqəm oldu. O, "Şerif"də oynayır və hər ay məvacibini alır. "Volın"a gəlincə, borcun aradan qaldırılması ilə bağlı böyük şübhəm var. Subotiçə nəsə ödənilsəydi, bunu birinci mən bilərdim. Şəxsən mənimlə heç kim əlaqə saxlamayıb. Buna görə də daha heç nə deyə bilmərəm".
Qeyd edək ki, Daniel Subotiç 2012/2013 mövsümündə oynadığı "Volın"dan "Qəbələ"yə keçib. O, "qırmızı-qaralar"ın bürünc medal qazandığı 2013/2014 mövsümündə klubun bombardiri olub.