1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
PFL prezidenti: "Günahkar elə həmin azarkeşlərdir" - MÜSAHİBƏ
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az qurum rəhbərinin müsahibəsini təqdim edir.
- 8 komandalı çempionat sizi qane edir?
- Qane etsə də, etməsə də, bu addımı atmağa məcburuq. Niyə? Ona görə ki, iki həftədir AFFA və PFL birlikdə bu işlə məşğul olur. Baxmayaraq ki, AFFA lisenziya məsələsini klublara güzəştə getdi, amma heçş bir klubdan lisenziya almaqla bağlı müraciət gəlmədi. Elə bil klublar fikirləşdi ki, AFFA lisenziya söhbətində məcbur olub bunları Premyer Liqaya buraxacaq. Ancaq belə deyil. Qanun hamı üçün eynidir. Sponsor olsa da, sənədləşmə vacibdir. Klublardan heç bir sənəd daxil olmadı. "Xəzər Lənkəran" və "Rəvan"ın Premyer Liqada qalmaları da müzakirə edildi. İstəyərdik ki, qalsın. Ancaq klubların FİFA-ya borcunun olması onların Premyer Liqada qalmasına imkan vermir.
- Çempionat 36 turdan 28-ə düşdü. Demək olar ki, çempionat qısalacaq, yoxsa eyni sistemlə gedəcək?
- Belə götürəndə sözün əsl mənasında bu bir növ vaxtla bağlıdır. Gələn il IV İslam Həmrəyliyi Oyunları keçiriləcək və bu səbəbdən biz mayda çempionatı başa vurmalıyıq. Yəni deyərdim ki, bu bir növ PFL-in işinə yaradı. Ancaq biz heç nədən çəkinmirik, qorxmuruq, 8 ildir bu çempionatı keçirirk və təqvimlə bağlı problemimiz olmayıb. Bu qərar bizim işimizə yaradı.
- Belə bir ideya vardı ki, kubokla bağlı bir turnir təşkil edilsin, kubokla bağlı 3-cü bir çempionat olsun...
- PFL təqvimi tutmaşından öncə millinin baş məşqçisi iə bütün təqvimi müzakirə edirik. Baş məşqçinin bizə müraciətindən çox şey asılıdır. Əvvəlki baş məşqçinin vaxtında onun nazı ilə oynamağa məcbur idik. Amma bugünkü baş məşqçi əvvəlkinə nisbətən insaflıdır. Amma yenə də gün imkan versə, əlavə bir turnir sala bilərik.
- Legioner futbolçuların rüsumlarının azaldılması hakim qonararlarına nə dərəcədə təsir edəcək?
- Hakimlərin qonararları AFFA tərəfindən ödənir və bunun PFL-ə aidiyyatı yoxdur. PFL klubların iştirakı ilə yaradılıb. Mən və qurumum klubları təmsil edirik. Bugünkü iclasda mən klublar tərəfindən çıxış etdim. AFFA rəhbərliyi Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin digər üzvləri sağ olsunlar ki, rüsum məsələsinə müsbət baxdılar. Qiymətlər 5000 manata düşdü. Millidə oynayan legionerdirsə, pul ödənilməyəcək. Bu da bugünkü maddi vəziyyətlə, böhranla bağlıdır. Bu bütün dünyada olan problemdir. Bu klublara olunan bir jestdir.
- Klublar Komitəsinin iclasında azarkeşlərlə polis münasibətindən də danışılıb. Demişdiniz ki, klublar bununla bağlı yazılı formada müraciət edib, fikirlərini çatdıracaqlar. Hansı işlər görülüb?
- Azarkeşlə polis... Mən əvvəl polis olmuşam. Polis olmasa, azarkeşlər də, insanlar da bir-birlərinin ətini yeyər. Gəlin həmin polislərə başqa nöqteyi nəzərdən baxmayaq. Unutmayaq ki, "Xəzər Lənkəran" - "Neftçi" oyunu neçə illərdir bir tərəfli azarkeşlərlə keçirilir. Bunların günahkarı kimdi? Elə həmin azarkeşlər. Hər şeyi polisin üzərinə atmaq düzgün deyil. Niyə biz öz azarkeşlərimizi tənbeh etmirik? Gördünüz ki, kubokun final oyununda fişənglər yandırıldı. Bir polis yaxın gəldi? Xeyr. Çünki özümüz xahiş etmişdik ki, ola bilər azarkeşlər fişəng yandırsın filan, oyunda bir hadisə baş verməsin. Düzdür görməmişəm, ancaq eşitmişəm ki, həmin oyundan sonra azarkeş stadiona axmaq istəyir. Azarkeş stadiona girdi, birdən bir-birlərinin sözü çəp gəldi. Hamımız deyəcəyik ki, polis hara baxırdı? Polis işini görür.
- Bir neçə il əvvəl "Neftçi" - "Çixura" oyununda pankart açılmışdı, Azərbaycanın ərazi bütövlüyü düz göstərilməmişdi. Bəs onda polis hara baxırdı? Amma yerli azarkeşlərin adi alışqanına qədər alırdılar...
- Orada gürcü hərfləri ilə yazılar vardı. Mən gürcüstanlıyam. Həmin yazıları oxuyan kimi bugünkü general-mayor Səhlab müəllimə zəng elədim. Dedim asılan pankart bizim əlehimizədir. Həmin dəqiqə o pankart götürüldü.
- Amma stadiona buraxılmamalı idi...
- Bilinmirdi axı nə yazılıb, mən gürcü dilində desəm, nəsə başa düşəssiniz?
- Çempionatı keçirən qurum PFL-dir, amma klublara AFFA lisenziya verir. Dəyişək olmaz?
- Bu bütün dünyada belədir. Dünyanın səhvini biz düzəldərik (gülür)...