"Bakılı" I divizionda XXX turun "Kəpəz”lə səfər matçında iştirak etməyib. Nəticədə paytaxt klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub ikinci dəfə üzürlü səbəb olmadan oyunlarda iştirak etmədiyi üçün növbəti mövsüm Azərbaycan I Divizionunda çıxış etmək hüququndan məhrum edilib.
Qeyd edək ki, "Bakılı" daha öncə Qusar "Şahdağ"ı ilə səfər matçında iştirak etməyib.