1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İnter" gürcü legionerin taleyinə aydınlıq gətirdi
Bakının "İnter" klubu gürcü futbolçusu Zurab Xizanişvilinin taleyinə aydınlıq gətirib. Klubun seleksiyaçı məşqçisi Zaur İsmayılov Sportnet.az-a açıqlamasında təcrübəli müdafiəçinin çıxışını davam etdirəcəyinin dəqiqləşdiyini bildiirb.
Onun sözlərinə görə, "İnter"də qalmaq istəyən Xizanişvili ilə yeni müqavilənin imzalanmasını razılaşdırıblar: "Biz Xizanişviliyə təklifimizi göndərmişdik və ondan cavab gözləyirdik. Futbolçu bizə müsbət cavab verməklə komandada qaldı. Zurab Bakıya gələndən sonra onunla yeni müqavilə imzalayacağıq. Anlaşma 1 illik olacaq".
Bununla da "bankirlər"də ötən mövsümkü gürlü legionerlərdən yalnız Xizanişvili qalıb. Gürcü baş məşqçi Zaur Svanadze həmyerlilərindən müdafiəçilər Laşa Salukvadze ilə Laşa Kasradzedən imtina edib. Qapıçı Georgi Lomaya karyerasını vətənində - Tiflis "Dinamo"sunda, yarımmüdafiəçi Nika Kvekveskiri isə "Qəbələ"də davam etdirməyə üstünlük verib.