1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Düşərli ölkə və ya "Xəzər Lənkəran"ın yolunu "Neftçi" davam etdirəcək
Azərbaycan və Malta avrokuboklarda 3-cü dəfə rəqib olublar. Sportnet.az-ın məlumatına görə, budəfəki duel Avropa Liqasında "Neftçi” ilə "Balzan” klubları arasında olacaq.
Maltalılarla əvvəlki 2 duel bizim üçün çox uğurlu alınıb. Təsadüfi deyil ki, 4 oyundan 3-də qalib olmuş, 1-də heç-heçə etmişik. Əlbəttə, belə uğurlu nəticələr hər iki halda mərhələ keçməyimizə imkan verib.
Maltaya ilk yolumuz "Xəəzr Lənkəran”la elə Avropa Liqasında düşüb. Artıq tarixin yaddaşına köçən Lənkəran təmsilçisi sonuncu dəfə avrokuboklarda məhz maltalıları – "Slima”nı keçmişdi. Düzdür, bu həmin vaxt baş məşqçisi Con Toşak olan cənublular üçün bu, heç də asan olmamışdı.
Növbəti mövsüm "Qarabağ” Malta çempionu "Valetta”nı qol buraxmadan keçdi. Özü də Bakıdakı nəticə "Qarabağ”ın avrokuboklarda ən böyükhesablı qələbələrindən biri olub.
Göründüyü kimi, "Xəzər Lənkəran”ın Malta ilə başladığı yolu 12 il əzəli rəqibi olmuş "Neftçi” davam etdirəcək
Azərbaycan və Malta klublarının avrokuboklarda görüşləri
Avropa Liqası, 2013/14 mövsümü
"Slima” – "Xəzər Lənkəran” – 1:1
"Xəzər Lənkəran” – "Slima” – 1:0
Çempionlar Liqası, 2014/15 mövsümü
"Valetta” – "Qarabağ” – 0:1
"Qarabağ” – "Valetta” – 4:0