1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Daçiya" Qriqorçukun keçmiş futbolçusunu transfer edib
"Kəpəz"in Avropa Liqasında rəqibi olan "Daçiya"nın mövsümlərarası fasilədə heyətində böyük dəyişiklik olub. Sportnet.az xəbər verir ki, Kişinyov təmsilçisindən 7 futbolçu ayrılıb.
Buna görə "Kəpəz"in rəqibi yeni transferlərə xüsusi diqqət yetirib. Moldovalılar bugünlərdə 3 yeni futbolçu ilə müqavilə imzalayıb. Bunlardan İrji Yeslinek Praqa "Sparta"sının yetirməsidir. Yarımmüdafiəçi son vaxtlar Buxarest "Dinamo"sunda oynayıb.
Digər yarımmüdafiəçi Ukrayna milli komandasında 4 oyun keçirən Denis Kojanovdur. O, vətənində "Şaxtyor", "Sevastopol" və "Karpatı"da çıxış edib.
Daha bir yarımmüdafiəçi də ukraynalıdır. Bu, Rinar Valeyevdir. O, Odessa "Çernomorets"inin yetirməsidir. Valeyev "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında "Çernomorets"də 2013/2014 mövsümündə 7 oyun keçirib.
Ukraynalı müdafiəçi Andrey Slinkin "Daçiya" ilə məşq edir. O, ötən mövsüm Beltsa "Zarya"sının heyətində Moldova Kubokunu qazanıb. "Daçiya" bu yeni futbolçularla kifayətlənmək fikrində deyil.